Hindistan Hərbi Hava Qüvvələri 200 yeni döyüş təyyarəsi alacaq

14.01.2020 21:16

Hindistan hökuməti ölkənin Hərbi Hava Qüvvələri üçün 200 yeni döyüş təyyarəsi almaq niyyətindədir.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Müdafiə naziri Acay Kumar bəyan edib.

Onun sözlərinə görə, a "HAL Tejas” şirkətindən 83 hərbi təyyarənin sifarişini nəzərdə tutulan müqavilə barədə danışılar artıq son mərhələdədir.

Qeyd edək ki, hazırda Hindistan Hərbi Hava Qüvvələrinin sərəncamında "Su 30 MKI”, "Mirage 2000”, MiQ-29, köhnəlmiş "Jaguars” və MiQ-21 "Bisons” döyüş təyyarələri var.

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR