Budapeştdəki əfsanəvi Nyu-York Sarayı Fransanın daşınmaz əmlak şirkətinə satılıb

14.01.2020 17:06

"Varde Partners” şirkəti özünün 8 dəbdəbəli oteli ilə vidalaşıb.

Sözügedən səkkiz daşınmaz əmlak obyektindən ikisi Budapeştdə yerləşir. Amerika investisiya şirkəti ilə Fransanın "Kovivo” şirkəti arasında danışıqlardan sonra Avropada yerləşən 8 dəbdəbəli otelin satışı barədə saziş imzalanıb. Budapeştdə yerləşən Nyu-York Sarayı və "Nyu-York” iqamətgahı da satılan otellərin bir hissəsidir.

Hər bir otelin ayrılıqda dəyəri məlum olmasa da, bütün 8 otelin təxminən 573 milyon avroya satılması bildirilir. Həm saray, həm iqamətgah Macarıstan paytaxtının 7-ci Dairəsində beşulduzlu otellərdir. Nyu-York Sarayı 1894-cü ildə, "Nyu-York” iqamətgahı isə bir qədər sonra – XX əsrdə tikilib. 2001-2006-cı illərdə Saray təmir edilib. Burada Budapeştin ən məşhur "New York Café”si yerləşir.

© xezerxeber.az


239 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR