Çin ABŞ mallarına rüsum tətbiqini təxirə saldı

15.12.2019 17:11

Çin hökuməti ABŞ mallarına, o cümlədən avtomobil və avtomobil ehtiyat hissələrinə əlavə rüsumun tətbiq olunmasını müvəqqəti olaraq təxirə salıb.

Bu barədə Çin Gömrük Komitəsi bəyanat verib.

"ABŞ-dan idxal olunan bəzi mallara dekabrın 15-nə planlaşdırılan 5% və 10% rüsum tətbiq edilməsi müvəqqəti olaraq təxirə salınır”, - deyə sənəddə bildirilib.

Digər ABŞ mallarının da rüsumdan azad edilməsi planlaşdırılır.

Qeyd edək ki, cümə günü ABŞ dekabrın 15-nə planlaşdırılan bəzi Çin mallarına 15% rüsum tətbiqini rəsmi olaraq təxirə salıb. Həmin gün Çin və ABŞ ticarət sazişinin birinci mərhələsi üzrə razılaşmaya nail olublar./axar.az

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR