Yaponiya Rusiyadan bütün Kurili istəməlidir – Kadzuo Sii

15.12.2019 16:58

Yaponiya Rusiyadan bütün Kuril arxipelaqını tələb etməlidir.

Bunu Yaponiya Kommunist Partiyasının sədri Kadzuo Sii deyib.

Kadzuo Sii Rusiya ilə Yaponiya arasında baş tutan son danışıqlar zamanı Moskvanın Tokionun iki cənub adası tələbini rədd etdiyini xatırladıb.

Partiya lideri, həmçinin, İkinci Dünya müharibəsindən sonrakı sülh anlaşmasını ədalətsiz adlandırıb və Tokionun Kuril adalarından imtina etdiyi San-Fransisko sülh müqaviləsini ləğv etməyə çağırıb./axar.az

© xezerxeber.az


254 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR