Qadın ərini aldatmaq üçün başqasının uşağını oğurladı

13.12.2019 17:37

Tailandda Pxanqnqa şəhərinin sakini uşaqsaldığını həyat yoldaşından gizlətmək üçün başqasının uşağını oğurlamaq qərarına gəlib.

"Mirror” xəbər verir ki, 27 yaşlı qadın 2019-cu ilin noyabrında uşaq salıb.

Bundan sonra həyat yoldaşından qorxan qadın özünü hamilə kimi qələmə verib. Bir ay sonra qadın doğuş bəhanəsi ilə doğum evinə gedib və burada yenicə qızları dünyaya gəlmiş ailə ilə tanış olub. Uşaqla gəzmək üçün ailəsindən icazə alan qadın onu qaçırıb və "öz qızını” ərinə göstərmək üçün evə gəlib.

Lakin qadının planı uğurlu alınmayıb. Onun körpəni qaçırması müşahidə kameralarına düşüb. Qadın elə həmin gün hadisələri təəccüblə izləyən ərinin gözləri qarşısında həbs olunub.

Körpəni qaçırdığını etiraf edən qadını beşilə qədər həbs cəzası gözləyir./oxu.az

© xezerxeber.az


156 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR