Vaynşteyn təcavüz etdiyi qadınlara 25 milyon dollar verəcək

12.12.2019 17:06

"Weinstein Company” şirkətinin Direktorlar Şurası kinoprodüsser Harvi Vaynşteynlə birlikdə onun tərəfindən təcavüzə məruz qalmış qadınlara təzminat ödənməsi barədə ilkin saziş hazırlayıb.

Bu barədə "The New York Times” məlumat yayıb.

Qadınlara 25 milyon dollar ödəniləcək. Sazişə görə Vaynşteyn öz təqsirini etiraf etməli və təzminatı öz cibindən ödəməlidir. Ödənişlə "WeinsteinCompany”nin maraqlarını təmsil edən sığorta şirkətləri məşğul olacaq. Bütün öhdəliklər üçün ümumi məbləğ 47 milyon dollar təşkil edəcək.

"Weinstein Company” kinostudiyasının əsasını Harvi Vaynşteyn və qardaşı RobertVaynşteyn qoyub. İşlər 2017-ci ildə bir neçə aktrisanın Harvini cinsi təcavüzdə ittiham etməsinə qədər yaxşı gedirdi. Lakin bu ittihamlardan sonra Direktorlar Şurası onu kompaniyadan qovdu, studiyanın özü isə müflisləşdi./oxu.az

© xezerxeber.az


227 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR