Tək qalmaqdan qorxan kişi həftələrlə atasının meyiti ilə yaşadı

10.12.2019 17:33

Yaponiyada 61 yaşlı kişi təklik qorxusundan ölmüş atasını dəfn etməyib.

O, anası öləndən sonra 40 il evdə oturub və atasının pensiyası ilə dolanaraq işə getməyib.

"SCMorning Post”un xəbərinə görə, atası öldükdən sonra bu barədə heç kimə deməyən şəxs bir neçə həftə ölmüş atasını yuyundurub, çürümüş bədəninə təmiz paltar geyindirib.

Qonşular onun evindən pis qoxu gəldiyini polisə bildiriblər.

Məhkəmədə həmin şəxs atasını aparandan sonra tək qalacağınından qorxduğu üçün təcili yardım çağırmadığını, kimsəsiz olduğunu bildirib.

Qarşı tərəf isə onu atasının pensiyasından istifadə etmək üçün onun öldüyünü gizlətdiyini deyib.

Məhkəməyapona iki il sınaq müddəti ilə bir il həbs cəzası verib.

© xezerxeber.az


262 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR