Ərdoğandan Nobellə bağlı sərt sözlər: Soyqırım...

10.12.2019 16:49

Bosniya və Herseqovinadakı soyqırımı inkar edən və hərbi cinayətkarları müdafiə edən irqçi bir şəxsə Dünya İnsan Haqları Günündə Nobel ədəbiyyat ödülünün təqdim edilməsi insan hüquqlarını pozanların mükafatlandırılması deməkdir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Ərdoğan 2019-cu il ədəbiyyat üzrə Nobel mükafatının yazıçı Peter Handkeyə verilməsini onun 90-cı illərdə keçmiş Yuqoslaviyada baş vermiş soyqırımla bağlı tutduğu mövqe səbəbindən kəskin tənqid edib.

Qeyd edək ki, 2019-cu ilin ədəbiyyat, fizika, kimya, fiziologiya və tibb üzrə Nobel mükafatları bu gün Stokholmda, sülh mükafatı isə Osloda təqdim olunacaq./axar.az

© xezerxeber.az


272 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR