“Ölkədə vəziyyət ciddidir” - Ərdoğan təcili Putinlə görüşmək istəyir

10.12.2019 16:45

"Liviya istəsə, Türkiyə ordu göndərə bilər, bunun üçün kimsədən icazə almayacağıq. Liviyaya bütün dəstəyi verməyə hazırıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Liviya və digər məsələləri rusiyalı həmkarı Vladimir Putinlə də müzakirə edəcəyini açıqlayıb:

"Cənab Putinlə bir görüş istəyim var, yanvarın səkkizində Türkiyəyə gələcək. Bu səfərdən əvvəl görüşmək istəyirəm. Çünki Liviyanın ikinci Suriya olmasını istəmirəm.

Yanvar ayında keçiriləcək görüş başqadır, yanvarda Türk Axını kəmərinin açılışını həyata keçirəcəyik. Liviya məsələsini Putinlə telefon vasitəsilə müzakirə etmək istəyirəm”.

Türk lider Liviya ətrafında ciddi proseslərin getdiyini söyləyib./teleqraf

© xezerxeber.az


175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR