İngiltərədə ginekoloq eynəyinə quraşdırılmış gizli kamera vasitəsilə pasiyentlərini kameraya çəkib.
Bu barədə "Daily Mail” məlumat yayıb.
Bildirilir ki, hadisə Surrey qraflığının Redhill şəhər xəstəxanasında qeydə alınıb.
Qurbanlardan birinin şikayətindən sonra 49 yaşlı Como Maturina saxlanılıb. Axtarış zamanı ginekoloqda heç nədən xəbəri olmayan qurbanlarının 15 fotosu və 96 videoyazısı aşkarlanıb.
Məhkəmə dinləmələri zamanı məlum olub ki, 2016-cı ildə Maturin19 yaşlı tələbəyə dərslərində kömək təklifi edib. Həmin vaxt o, tibb bacısı vəzifəsi üçün praktikadan keçirdi, ginekoloq isə xəstəxananın ən hörmət olunan mütəxəssisi idi. Elə həmin ilin sentyabr ayında onlar intim münasibət qurublar və bu ikiil davam edib.
Ötən il qız təsadüfən Maturinin kompüterində onunla cinsi münasibətinin videosunu görüb. Ginekoloq polisəmüraciət edəcəyi təqdirdə qızı öldürmə və onun iştirakı ilə olan erotik kadrları yaymaqlahədələyib.
Qurban qorxudan onunla görüşməyə davam edib, ancaq 2019-cu ilin yanvar ayında dözməyərək, kurs yoldaşına hər şeyi danışıb. Səhəri gün tələbə qızlar polisə müraciət ediblər.
Maturin ailəsinin evində həbs olunub. Hökm vaxtı o, bəzi qurğulara giriş verməkdən imtina edərək, bunun xanımı ilə əlaqəli olduğunu deyib.
Tələbənin yaşadığı yataqxanada da bir neçə gizli kamera aşkarlanıb. Bundan başqa,ginekoloqdaqurbanları ilə bağlı 100-dən artıq erotik görüntülər tapılıb.
Məhkəmə onu 14 ay müddətinə azadlıqdan məhrum edib.
Koronavirusdan sağalanlar da peyvənd olunmalıdırmı? - AÇIQLAMA
Bu prospektdə avtobuslar üçün yeni hərəkət zolağı yaradıldı - VİDEO
Zəfər muzeyi burda olacaq: Texnikalar əraziyə gətirildi - VİDEO
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - VİDEO
Dayanacağın girişinə mane olan iki ağacın dibi betonlanıb - VİDEO
Koronavirus qrip kimi olsa, hər il... - Professordan VACİB AÇIQLAMA
Qəhrəman döyüşçülərimizi tanıyaq: Şəhid Rüfət Mehdizadə - VİDEO
Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olunub
"Gələn həftə Azərbaycanda..." - Nazirlər Kabinetindən vacib açıqlama
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB