Keçmiş modeldən Əhməd Davutoğluna sərt sözlər

09.12.2019 16:46

Türkiyəli keçmiş model Tuğçe Kazaz siyasi açıqlamaları ilə yenə gündəmə gəlib.

Tuğçe Kazaz İnstaqramda Türkiyənin keçmiş baş naziri Əhməd Davutoğlu,eks-prezident Abdullah Gül və keçmiş iqtisadiyyat naziri Əli Babacanın ünvanına bu sözləri yazıb.

O, Əli Babacanı satış mütəxəssisi, Əhməd Davudoğlunu strateji dərinlikdə itən eqoist bir xəyalpərəst, Abdullah Gülü isə passiv insan adlandırıb.

Qeyd edək ki, model son olaraq Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın müşaviri olacağı ilə gündəmə gəlmişdi. Model sonra bu xəbəri yalanlamışdı.

teleqraf

© xezerxeber.az


275 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR