Türkiyədə bomba partlayıb, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

09.12.2019 15:10

Türkiyənin Şırnak şəhərinin İdil qəsəbəsində bomba partlayıb.

Xezerxeber.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, PKK terrorçuları tərəfindən yerləşdirilmiş bombanın partlaması nəticəsində 2 nəfər ölüb , 7 nəfər yaralanıb.

Hadisə təhlükəsizlik qüvvələri bombanı zərərsizləşdirməyə çalışarkən baş verib.

Rəsmi məlumatlara görə, şəhərdə terrorla mübarizəyə qarşı əməliyyatlar davam etdirilir.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR