Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Vaşinqtonda Pompeo və Lavrov arasında görüş keçiriləcək

09.12.2019 11:12

ABŞ dövlət katibi Mayk Pompeo və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçiriləcək.

Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, görüşün sabah Vaşinqtonda keçirilməsi nəzərdə tutulub.

Görüşdən sonra M. Pompeo və S. Lavrov birgə mətbuat konfransı keçirəcəklər.

"Vaşinqton Post”un ABŞ administrasiyasına istinadən verdiyi xəbərə görə, M. Pompeo S. Lavrovla iki tərəfli münasibətləri, silah nəzarətinə aid məsələləri, habelə Suriya və Ukraynada vəziyyəti müzakirə edəcəklər.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayen isə S. Lavrovun ABŞ-a səfəri zamanı Prezident Donald Trampla görüşünün mümkünlüyünü istisna etməyib.

Xatırladaq ki, Rusiya XİN başçısı sonuncu dəfə 2017-ci ildə Vaşinqtona səfər edib və ABŞ Prezidenti D. Tramp tərəfindən qəbul edilib.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR