Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Rusiya və Türkiyə hərbi polisi Suriyada növbəti birgə patrula başlayıb

08.12.2019 11:55

Rusiya və Türkiyə hərbi polisi Suriyada növbəti birgə patrul xidmətinə başlayıblar.

Xezerxeber.az xəbər verir ki, iki ölkənin hərbi polisi Suriyanın Qamışlı yaşayış məntəqəsi yaxınlığında növbəti birgə patrul xidməti həyata keçirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, birgə patrul Suriya-Türkiyə sərhədindəki Deyrun-Ağa keçid məntəqəsindən sərhədboyu ərazidə aparılır. Hava patrulunu Rusiya Hərbi Kosmik Qüvvələri Ordu Aviasiyasının helikopterləri təmin edirlər. Patrulun tərkibinə 8 adda hərbi texnika, 50-yə yaxın hərbçi daxildir.

Bu, Rusiya və Türkiyə hərbi polisinin Suriyada artıq 14-cü hərbi patruludur.

© xezerxeber.az


138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR