Ən gənc tələbənin rekordunu 9 yaşlı vunderkind qırdı - FOTO

08.12.2019 10:26

Amsterdamdan olan doqquz yaşlı vunderkind Loran Simons hazırda Elektrotexnika fakültəsində təhsil alır.

"Komsomolskaya Pravda”nın verdiyi məlumata əsasən, vunderkind ibtidai sinif proqramını cəmi 2,5 ilə mənimsəyib, orta və yuxarı sinifləri bitirməyi haqqında attestatı isə 18 ayaalıb. O, ötən il cəmi 8 yaşında olanda isə universitetə qəbul olub və bu dəfə də proqramı mənimsəməkdə tələbə yoldaşlarını qabaqlayıb.

Gələn ilin yayında Lorandiplom işini müdafiə etməlidir. Həmin vaxt onun doqquz yaşı olacaq və beləliklə də amerikalı Maykl Kirninin rekordunu qırmışolacaq. Belə ki, Alabama universitetinin antropoloq ixtisası üzrə diplomu alanda amerikalı vunderkindin 10 yaşı vardı.

Loranın ən sevimli fənni riyaziyyatdır, çünki o özündə 3 elmi: statistika, cəbr və həndəsəni ehtiva edir.

Uşaq kardiocərrah olmağı arzulayır və hələ məktəbdə oxuyan zaman tibb fakültəsinin kursunu keçib.

145 ballıq İQ səviyyəsinin sahibi olan vunderkind fotoqrafik yaddaşı ilə də seçilir.

Xüsusi istedadı nəticəsində məşhurlaşan balaca tələbənin "Instagram”da 35 mindən çox izləyicisi var.


© xezerxeber.az


138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR