Noyabr ayı ərzində Türkiyədə 131 terrorçu zərərsizləşdirilib

04.12.2019 15:34

Ölkədaxili təhlükəsizliyin təmin edilməsi məqsədilə noyabr ayında Türkiyədə 9889 əməliyyat keçirilib.

Bu əməliyyatlar zamanı 5 ton 630 kiloqram partlayıcı maddə olmaqla çox sayda silah-sursat ələ keçirilib. Bu müddət ərzində ölkədə 131 terrorçu zərərsizləşdirilib. Onlardan 39-u ölü, 53-ü isə sağ olaraq ələ keçirilib. Daha 39 terrorçu təslim olub. Bundan əlavə, ölkədə noyabr ayı ərzində terror təşkilatları ilə əməkdaşlıqda şübhəli bilinən 3 min 382 nəfər saxlanılıb ki, onlardan da 584-ü həbs edilib.

© xezerxeber.az


222 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR