ABŞ türklərin müdafiəsinə qalxdı – Sanksiya tətbiq edəcək

04.12.2019 12:56

ABŞ Konqresinin Nümayəndələr Palatası Sincan Uyğur bölgəsində uyğur türklərinə yönəlik basqı siyasəti səbəbindən Çin rəsmlərinə sanksiyaları ehtiva edən qanun layihəsi qəbul edib.

Qanun layihəsini Kaliforniya ştatının konqresmeni Brad Şerman hazırlayıb.

Qanun layihəsi həm demokrat, həm də respublikaçı vəkillər tərəfindən dəstəklənib, Nümayəndələr Palatasından 407 səslə qəbul edilib.

Qanun layihəsində uyğur türklərinə və digər müsəlman azlıqlara tətbiq edilən təzyiq və zorakılığa görə məsuliyyət daşıyan Çin rəsmlərinə sanksiyalar tətbiq etməsi nəzərdə tutulur.

Bundan başqa, qanunda nəzarət məqsədilə istifadə olunan bütün ABŞ mənşəli cihazların Çİnə satışının qadağan edilməsi nəzərdə tutulur.

Konqres Ağ Evdən Sincan Uyğur bölgəsində insan haqlarını pozmaqda rol alan bütün çinli rəsmlərin adlarının 120 gün ərzidə ona göndərilməsini tələb edib./teleqraf

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR