Qazaxıstanda sərnişin avtobusu aşdı: 7 ölü, 28 yaralı

03.12.2019 09:58

Qazaxıstanda sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyətlər üzrə Komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurahmet deyib.

Onun sözlərinə görə, avtobusda olan digər 28 nəfər xəsarət alıb. Ölənlərin və xəsarət alanların vətəndaşlığı barədə məlumat yoxdur.

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR