Gürcüstanda millət vəkili istefa verib

02.12.2019 16:33

Gürcüstan parlamentinin "Gürcü arzusu” partiyasından olan millət vəkili Akaki Zoidze istefa verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə millət vəkili özü bildirib.

O deyib ki, qərarının səbəbi proporsional seçki sisteminə keçidin uğursuz alınmasıdır.

A. Zoidze siyasətdən gedəcəyini də açıqlayıb.

Bununla da noyabrın 14-də Gürcüstan parlamentinin proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişini qəbul etməməsindən sonra hakim "Gürcü arzusu” partiyasını tərk edən millət vəkillərinin sayı 13-ə çatıb.

Qeyd edək ki, A. Zoidze Gürcüstan parlamentinin Səhiyyə və Sosial məsələlər komitəsinin sədri vəzifəsini icra edib.

© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR