Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Rusiya Prezidenti ABŞ astronavtını ordenlə təltif edib

02.12.2019 15:23

Rusiya Prezidenti Vladimir Putin ABŞ astronavtı Nik Heyqi "İgidlik” ordeni ilə təltif edib.

Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, amerikalı astronavta mükafatı "Roskosmos” dövlət korporasiyasının baş direktoru Dmitri Roqozin təqdim edib. Nik Heyq Rusiyanın bu yüksək ordeninə Baykonur kosmodromunda yaranmış qəzalı vəziyyət zamanı xidməti vəzifəsini yerinə yetirərkən həyatını riskə ataraq göstərdiyi igidliyə və peşəkarlığa görə layiq görülüb.

Xatırladaq ki, 2018-ci il oktyabrın 11-də Baykonur kosmodromunda start götürən və "Soyuz-MS-10” kosmik gəmisini Beynəlxalq Kosmik Stansiyaya çatdırmalı olan "Soyuz-FQ” raketdaşıyıcısı qəzaya uğramışdı. Həmin kosmik gəminin göyərtəsində olan rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronavt Nik Heyq raketin qəza xilasetmə sistemi sayəsində Qazaxıstan çölündə uğurlu eniş etmiş və 2019-cu ili martına yenidən kosmosa göndərilmişdilər.

Qəza ilə bağlı yaradılan dövlət komissiyasının rəyinə görə, insident raketin birinci və ikinci pillələrinin ayrılması zamanı güclü zərbənin nəticəsində baş verib. Həmin vaxt zərbəyə məruz qalan yan bloklardan biri sıradan çıxıb və sistem raketin Baykonurda yığılmış ötürücüsünün əyilməsi nəticəsində işləməyib.

Rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronavt Nik Heyq oktyabrın 3-də Yerə qayıdıblar.

© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR