Türkiyənin hava qüvvələri 1144 terrorçu zərərsizləşdirilib

20.11.2019 15:12

Türkiyənin hava qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində indiyədək ümumilikdə 1144 terrorçu zərərsizləşdirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu məlumat verib.

Nazir bildirib ki, 2018-ci ildə zərərsizləşdirilən terrorçuların sayı 363 nəfərdir. Son 10 ay ərzində danışıqlar yolu ilə 289 terrorçu təslim olub. Bu ilin noyabr ayınadək FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 559 min 64 nəfər barəsində müvafiq tədbirlər görülüb. Bu səbəbdən saxlanılan 261 min 700 nəfərdən 91 min 287-si həbs edilib. 2016-2019-cu illər ərzində Türkiyə ərazisində ümumilikdə 1058 İŞİD terrorçusu zərərsizləşdirilib. Türk Silahlı Qüvvələri tərəfindən Türkiyə sərhədlərindən kənarda terror təşkilatlarına qarşı aparılan əməliyyatların nəticəsi olaraq 368 min 217 suriyalı vətəninə qayıdıb.

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR