Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İsrail Suriyada İranın hərbi obyektlərinə hava zərbələri endirib

20.11.2019 12:07

İsrail Suriya ərazisinə hava zərbələri endirib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun sözçüsü, polkovnik-leytenant Aviçay Adraee bildirib.

"Dünən Suriyadan İsrailə yönələn raket atəşinə cavab olaraq hərbi təyyarələrimiz İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin və Suriya ordusunun hərbi obyektlərinə hava zərbələri endirib. İranın mövqeyi İsrailin təhlükəsizliyinə, regionun stabilliyinə və Suriya hakimiyyətinə təhdiddir”, - deyə İsrail ordusunun sözçüsü qeyd edib.

O vurğulayıb ki, təxminən 20 hərbi obyektə hava zərbələri endirilib və bu obyektlərin çoxu Qüds qüvvələrinə məxsus olub,əsas hədəf isəQüds qüvvələrinin Dəməşqdəki qərargahı olub.

İsrailin Baş Naziri Benyamin Netanyahu "Twitter"də bildirib ki, bu,İsrailinhücumlara cavab vermək iqtidarındaolduğunun göstəricisidir: "Bizə zərər verənlərə zərər verəcəyimizi açıq şəkildə bildirirəm. Biz İsrailin təhlükəsizliyini təmin etməyə davam edəcəyik”.

Suriya dövlət mediası İsrailin hava hücumları nəticəsində iki mülki şəxsin həlak olması və bir neçə nəfərin yaralanması ilə bağlı məlumat yayıb.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR