Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Rusiyada qəbiristanlıqda torpağın çökməsi nəticəsində iki nəfər ölüb

20.11.2019 10:23

Rusiyanın Murmansk vilayətinin Monçegorsk şəhərindəki qəbiristanlıqda aparılan tikinti işləri zamanı iki nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Murmansk vilayəti üzrə İstintaq İdarəsi tərəfindən məlumat yayılıb.

Bildirilib ki, tikinti işləri aparılarkən qəbiristanlıqda drenaj sistemi quraşdırılan zaman torpağın çökməsi iki nəfərin ölməsinə, üç nəfərin isə yaralanmasına səbəb olub.

İstintaq İdarəsinin nümayəndəsi Tatyana Kovalyevanın verdiyi açıqlamaya görə, yaralılardan birinə ambulator şəraitdə tibbi yardım göstərilib, digər iki nəfərin isə vəziyyəti normal olduğundan həkim müayinəsindən imtina ediblər.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR