Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

ABŞ-dan İrana XƏBƏRDARLIQ - Qətllərə son qoy, interneti bərpa et

19.11.2019 13:57

ABŞ dövlət katibi Mayk Pompeo İran hakimiyyətini ölkədə interneti bərpa etməyə çağırıb.

Pompeo bildirib ki, ABŞ İrandakı aksiyaları diqqətlə izləyir:

"Biz xalqa qarşı törədilən istənilən zorakılıq hərəkətlərini qətiyyətlə pisləyirik. Bir neçə nəfərin ölüm xəbərindən çox narahatıq. İran hakimiyyəti öz xalqına zor tətbiq etməyə son qoymalı və interneti bərpa etməlidir", - Pompeo jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, İrandakı internet problemi barədə RİA "Novosti"nin Tehrandakı xüsusi müxbiri də məlumat verib. İnternet təhlili ilə məşğul olan qeyri-hökumət təşkilatı "Netblocks" isə İranda internetin tamamilə kəsildiyini bildirib.

İran hökumətinin təmsilçisi Əli Rabii bəyan edib ki, problem 1-2 gün içərisində həll olunacaq.

İranın İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi isə internetin Milli Təhlükəsizlik Şurasının qərarı əsasında kəsildiyini bəyan edib./publika.az

© xezerxeber.az


210 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR