Belçikada qaçqın ailələrinin birləşməsi qaydaları sərtləşdirilir

18.11.2019 17:58

Belçikada qaçqın ailələrinin birləşməsi üçün mövcud qaydaları sərtləşdirməyə hazırlaşırlar.

AZƏRTAC xəbər verir ki, bu ölkənin qaçqınlar məsələsi üzrə dövlət katibi, Flamandiya Millətçi Partiyasının üzvü Belçikada sığınacaq almış qaçqının öz ailəsini gətirə biləcəyi müddətin bir ildən azaldılaraq üç aya endirilməsi məsələsini hökumətin müzakirəsinə təqdim etməyə hazırlaşır.

Qonşu Hollandiya və Fransada analoji qaydalar artıq qüvvədədir. Belçikada bu qaydaların nəyə görə sərtləşdirilməsi bildirilmir.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR