ABŞ-dan İrandakı aksiyalarla bağlı - Şok həmlə

17.11.2019 13:13

ABŞ-ın Dövlət katibi Mayk Pompeo İranda benzinin qiymətinin bahalaşmasına etiraz olaraq başlanan aksiyalarla bağlı sensasion çağırış edib.

Pompeo Birləşmiş Ştatların aksiya iştirakçılarının yanında olduğunu bəyan edib.

O, Tvitter səhifəsində yazıb: "40 il davam edən tiranlıqdan sonra qürurlu İran xalqı hökumətlərinin sui-istifadəsinə səssiz qalmır. Biz də səssiz qalmayacağıq. İran xalqına bir mesajım var: ABŞ sizi eşidir, dəstəkləyir. ABŞ sizin yanınızdadır".

Qeyd edək ki, İranda kvotadan artıq satılan benzinin qiyməti 3 dəfə bahalaşıb. Qərara etiraz olaraq insanlar küçələrə axışıb./teleqraf

© xezerxeber.az


230 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR