Dünyanın ən zəngin insanları açıqlandı – “Dodaquçuran” rəqəmlər

17.11.2019 12:43

Amerikalı iş adamı Bill Qeyts yenidən dünyanın ən zəngin adamı olub.

Sərvəti 110 milyard dollar çatan Bill Qeyts "Amazon” şirkətinin sahibi Jeff Bezosu keçib.

O, oktyabrın 25-də də qısa müddət üçün Bezosu geridə qoymuşdu.

Son yatırımlarından sonra Bill Qeytsin şəxsi sərvəti 110 milyard dollara çatdığı halda, Bezosun sərvəti 109 milyard dollar səviyyəsində qalıb.

Bill Qeytsin sərvəti indikindən daha çox ola bilərdi, lakin milyarder iş adamı 1994-cü ildə sərvətinin yarısını (35 milyard dollar) Bill və Melinda Qeyts Fonduna bağışlamışdı.

"Dünyanın ən zəngin insanları” siyahısında digər yerləri isə milyarder iş adamları Bernard Arnault (103), Varren Buffet (86.6), Mark Zükerberq (74.5), Amansiyo Orteqa (67.6), Larri Peyç (64.3), Sergey Brin (62.4), Karlos Koç (61.7) və qızı Yuliya Fleşer Koç (61.7) tutur./teleqraf

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR