Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Fransada “sarı jiletlilər”in aksiyası: 147 nəfər saxlanıldı

17.11.2019 12:30

Fransada "sarı jiletlilər"in aksiyası zamanı 147 nəfər saxlanılıb, 8 min 861 nəfər isə yoxlandıqdan sonra sərbəst buraxılıb.

Bu barədə Paris şəhər prefekturası məlumat yayıb.

Aksiya zamanı ticarət obyektlərinə, avtomobillərə, ictimai məntəqələrə, küçələrə ciddi zərər yetirilib. Ən çox ziyan Parisin İtaliya meydanındakı "İtaliya 2” ticarət mərkəzinə dəyib.

Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, aksiyada Fransa üzrə 28 min nəfər, paytaxtda isə 4 min 700 nəfər iştirak edib.

Polis Parisdə və paytaxtın kənarında etiraz edən "sarı jiletlilər”ə qarşı gözyaşardıcı qaz və tüstü şaşkalarından istifadə edib.

Xatırladaq ki, bir il bundan qabaq "sarı jiletlilər”in ilk aksiyasında on dəfə çox, 280 min nəfər iştirak etmişdi./report


© xezerxeber.az


80 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR