"Patriot"a görə, S-400-dən imtina etməyəcəyik - Ərdoğan

15.11.2019 11:20

"Patriot” raketlərinə görə, Rusiyanın S-400 sistemlərindən tamamilə imtina edə bilmərik.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla görüşünün nəticələri barədə açıqlamasında deyib.

"Patriot”ları almağa hazır olduğumuzu cənab Trampa dedim. F-35 proqramının müştərisi deyil, ortağı olduğumuzu qarşı tərəfə xatırlatdım. Biz NATO-da ikinci ən böyük orduya sahibik. Amerika ilə güclü əlaqələrimiz var. Müdafiə mənbələrimizi artırmaq milli və suveren haqlarımızdan biridir”, - deyə türk lider bildirib./axar.az

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR