Şok qərar: “Öz aralarında həll etsinlər” – ABŞ “erməni soyqırımı”nı tanımadı

14.11.2019 16:17

Amerikalı respublikaçı senator Lindsey Qraham "erməni soyqırımı” qətnaməsini tanımağı təklif edən qanun layihəsinin səsverməyə çıxarılmasını bloklayıb.

Demokrat senator Bob Menendez qondarma soyqırımın rəsmən tanınmasını təklif edən qərar layihəsinin Senatda səsverməyə çıxarılmasını tələb edib.

Bu tələbdən sonra Lindsey layihənin təsdiqlənməsinə etiraz edərək səsverməni bloklayıb: "Bir müddət əvvəl Türkiyənin Suriyadakı əməliyyatları ətrafında yaranmış problemlər barədə Tramp və Ərdoğanla danışdım. Ümid edirəm ki, Türkiyə və Ermənistan bir araya gələrək öz aralarında həll edəcəklər. Senatorlar tarixi yenidən yazmamalı və onu olduğundan fərqli göstərməməlidir”.

Qraham bu qərarı tarixi nöqteyi-nəzərdən yox, ABŞ-Türkiyə münasibətlərinin gələcəyi baxımından verdiyini bildirib.

ABŞ Konqresinin Nümayəndələr Palatası bir müddət əvvəl qondarma erməni soyqırımını tanıyan qətnamə qəbul edilib. Qətnamə rəsmən qüvvəyə minməsi üçün Senatda müzakirə edilməli idi./teleqraf

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR