“Bizi Rusiyaya görə...” – Gürcüstandan şok iddia

13.11.2019 17:31

"NATO üzvləri arasında Rusiya faktoru səbəbindən Gürcüstanın alyansa qəbul edilməsi ilə bağlı fikir birliyi yoxdur”.

Bunu Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili deyib.

"Reallıqdan danışmaq lazımdır. Biri bizim istəyimizdir, ikincisi isə onu yerinə yetirməyin yoludur. Bu gün NATO üzvləri arasında Gürcüstanın üzv olması ilə bağlı ümumi razılıq yoxdur. Əlbəttə ki, Rusiya amili bunda həlledici rol oynayır”, - nazir vurğulayıb.

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR