Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Quldurlar Pxenyana qaytarıldı: Onları dəhşətli tale gözləyir

08.11.2019 13:41

Şimali Koreyaya məxsus balıqçı gəmisində 16 nəfəri öldürərək Cənubi Koreyaya qaçan balıqçılar həbs olunaraq öz ölkələrinə qaytarılıb.

BBC telekanalının saytı xəbər verir ki, Cənubi Koreyanın sahil-mühafizə xidmətinin əməkdaşları onların təhvil verilməsi əməliyyatını qısa müddətdə həyata keçiriblər.

Qeyd olunur ki, adətən Cənubi Koreya şimal qonşusundan qaçaraq sığınacaq istəyənlərin müraciətini müsbət həll edir. Lakin bu halda balıqçılar ağır cinayət törətdikləri üçün onları təxirə salmadan geri qaytarıblar. Bildirilir ki, cinayətkarlar oktyabrın sonunda gəmi kapitanı başda olmaqla göyərtədəki 16 nəfəri bir-bir gülləyib və onların cəsədlərini dənizə atıblar. İyirmi yaşlarında olan iki qatil Şimali Koreya ilə sərhəddə yerləşən Panmunjon polis məntəqəsində qarşı tərəfə təhvil verilib. Seul bu addımı qonşusu ilə cinayətkarların ekstradisiyasına dair saziş olmamasına rəğmən atıb.

Cənubi Koreya rəsmiləri bildiriblər ki, son illər Koreya yarımadasının şimalından cənuba qaçanların sayı artır. Təkcə 2017-ci ildə 1127 nəfər Seuldan sığınacaq istəyib. Onların bir çoxu Çin ərazisindən Cənubi Koreyaya qaçır, yaxud Pekindən sığınacaq istəyir. Çünki iki ölkə arasında möhkəm qorunan sərhəd zonasını keçmək ağlasığmaz dərəcədə çətindir./axar.az

© xezerxeber.az


52 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR