Ərdoğan: “ABŞ səfərində Trampla “Patriot”, “F-35” mözusunda da müzakirələrimiz olacaq”

07.11.2019 21:36

"Trampla görüşümüzdə ikili əlqalərimiz başda olmaqla regional məsələlər müzakirə ediləcək. Görüşümüz çərçivəsində müdafiə sənayesinə uyğun – "Patriot”, "F-35” mövzularının müzakirələri də nəzərdə tutulub”.

Bu barədə Macaristanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğan deyib ki, "Patriot”ları ABŞ Türkiyəyə uyğun qiymətə satacağı halda alacaqlar: "Biz S-400-ü aldıq, bu iş bitdi. "Patriot”u da ABŞ bizə verəcəksə, Konqresdə müzakirə edib, qərar verib, bizə bu sistemi uyğun qiymətə satmalarını istərdik”.

Türkiyə Prezidenti deyib ki, Vaşinqton səfərində ən önəmli məsələlərdən biri terrorla mübarizədə bundan sonrakı mərhələnin necə olacağının müzakirə olunmasıdır: "Nə ABŞ, nə Rusiya terrorçuları bölgədən çıxara bildi. Biz bu məsələləri hər iki ölkə başçısı ilə danışmalıyıq. ABŞ Mazlum Kobani deyilən bir terrorçunu qəbul edir, amma bizim üçün o terrorçu ilə Əbubəkr Əl-Bağdadinin arasında bir fərq yoxdur. O da yüzlərcə insanın qanına bais olub. Odur ki, biz terrorçulara nə milli, nə dini, nə mənsub olduğu ölkə, nə də digər görüşlərinə görə fərq qoymuruq. Hazırda dünyanın 151 fərqli ölkəsindən 76 min nəfərə Türkiyəyə girişi qadağan etdik. Çünki onlar arasında İŞİD üzvləri və digər terrorçular da var”.

Türkiyə Prezidenti onu da bildirib ki, hazırda Əbubəkr Əl-Bağdadinin 13 ən yaxınını ələ keçiriblər.

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR