Beynəlxalq koalisiya İŞİD-in tunellərini məhv edib

03.11.2019 10:40

ABŞ-ın başçılıq etdiyi terrorçuluğa qarşı beynəlxalq koalisiya İraqın Neynəva əyalətində İŞİD terrorçularının gizləndiyi ehtimal edilən tunellər və mağaralar sistemini məhv edib.

Bu barədə TASS xəbər verir.

Qeyd edilir ki, İŞİD döyüşçülərinin sığınacaqlarının məhvi onların gizlənmək və terror tədbirləri planlaşdırmaq imkanlarından məhrum edib.

Tunellərin uzunluğunun təxminən 400 metr olduğu güman olunur.

© xezerxeber.az


56 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR