Türkiyədən İŞİD qərarı: "Avropya yola salırıq...” – Şok addım

02.11.2019 16:33

"Türkiyədə saxlanılan İŞİD terror təşkilatının üzvləri mənsub olduqları ölkələrə göndəriləcək, biz İŞİD üzvlərinin oteli deyilik”.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazir terror təşkilatının Avropa ölkələrindən olan üzvləri ilə əlaqədar qitə dövlətlərinə xitabən qeyd edib:

"Biz kimsənin, İŞİD üzvlərinin oteli deyilik. "Mən vətəndaşlıqdan çıxarmışam, siz başınızın çarəsinə baxın”, deməklə məsələ həll olunmur, belə bir yanaşmanı qəbul etmirik. Bu, eyni zamanda bir məsuliyyətdir. Vaxtilə İŞİD-in qorxusunda küçəyə çıxa bilmirdilər, ində qəbul etmirlər”.


© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR