Hərbi hissəyə HÜCUM: 54 meyit aşkarlandı, 10 nəfər...

02.11.2019 11:18

Malinin Menaka regionunda, İndeliman ərazisində silahlıların blokposta hücumu nəticəsində 53 əsgər və bir mülki şəxs ölüb.

RİA "Novosti” agentliyi xəbər verir ki, bu haqda ölkənin rabitə naziri Yaya Sanqare bildirib.

"İndelimanda silahlı qüvvələrin mövqelərinə hücumdan sonra əraziyə göndərilən əlavə qüvvələr orada 54 meyit aşkarlayıb. Onlardan 1-i mülki vətəndaşdır. Həmin vaxt orada olan 10 nəfər sağ qalıb. Əhəmiyyətli maddi ziyan vurulub. Vəziyyət nəzarət altındadır", - Sanqare özünün tvitter səhifəsində yazıb.

"Agensy France Presse" agentliyi qeyd edib ki, hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib./publika.az

© xezerxeber.az


74 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR