Lavrovdan AĞIR İTTİHAM: Bağdadi ABŞ-ın...

02.11.2019 11:15

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov "Rusiya 24” telekanalına müsahibəsində İŞİD lideri Əbubəkr Əl-Bağdadinin ölümü barədə danışıb.

Lavrov Bağdadinin "ABŞ-ın bir ixtirası” adlandırıb.

2003-cü ildə ABŞ-ın İraqa hücumundan sonra baş verənlərə toxunan Lavrov İraqın qanunsuz işğalı, dövləti süqutu və həbsxanalardakı ekstremistlərin amerikalılar tərəfindən sərbəst buraxılmasından sonra İŞİD-in yüksəldiyini vurğulayıb.

Nazir həmçinin, Bağdadinin ölümü barədə informasiyalara şübhə ilə yanaşdığını ifadə edib: "Bağdadi ABŞ-ın bir ixtirası idi. Rusiyanın Müdafiə Nazirliyi Bağdadi ilə əlaqədar bir açıqlama verdi. Bu mövzuda daha çox məlumat istəyirik. Ordumuz əlavə informasiyaların tapılması üzərində çalışır və ABŞ-ın Bağdadinin ölümü ilə bağlı söylədiklərinin çoxunu hələ təsdiq edə bilmir”.

"Dolayısı ilə, amerikalılar doğuluşunu təmin etdikləri birini aradan götürdülər, əgər gerçəkdən bunu etdilərsə”, - Lavrov əlavə edib.

Qeyd edək ki, daha əvvəl ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin ötən həftə Suriyanın İdlib vilayətinin Barişa kəndində öldürülməsi ilə nəticələnən əməliyyatın görüntülərini paylaşıb./publika.az

© xezerxeber.az


72 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR