İngiltərədə dəhşətli hadisə - yük maşınında 39 nəfərin meyiti tapılıb

23.10.2019 13:42

İngiltərənin Essex bölgəsində yük maşınında 39 nəfərin meyiti aşkarlanıb.

"The Telegraph" qəzeti yazır ki, onlardan biri azyaşlıdır.

Meyiti tapılan şəxslərin miqrant olduğu bildirilir.

Polis faktla bağlı 25 yaşlı Şimali İrlandiya vətəndaşını şübhəli şəxs qismində saxlayıb.

Polisdən bildirilib ki, yük avtomobili İngiltərəyə oktyabrın 19-da Bolqarıstandan gəlib.

"Bir neçə nəfərin həyatını itirdiyi faciə ilə üz-üzəyik. Nə baş verdiyini anlamağa çalışırıq. Hazırda meyitlər müayinə olunur. Lakin bu proses uzun çəkə bilər", - deyə Endryu Mariner adlı polis səlahiyyətlisi qeyd edib.

Meyitlər aşkarlandıqdan sonra əraziyə çoxlu polis və təcili yardım cəlb edilib.

© xezerxeber.az


85 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR