Ərdoğan: ABŞ verdiyi vədləri tam yerinə yetirmədi

23.10.2019 10:00

Suriyanın şimalında YPG/PYD/PKK terrorçularına Türkiyə sərhədindən 32 km cənuba çəkilmələri üçün verilən 5 günlük müddət ötən gün saat Bakı vaxtı ilə 23:00-də (Türkiyə vaxtı ilə 22:00) başa çatdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalına müsahibəsində ABŞ-ın Suriya üzrə verdiyi vədi tam yerinə yetirmədiyini bildirib.

"Verilən sözlər yerinə yetirilmədi. Güzəşt etsək, terror təşkilatının önünü açmış olarıq”, - o deyib.

Dövlət başçısı qeyd edib ki, rəsmi Ankara yeni tədbirlər görməyə hazırdır.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat terrorçuların bölgədən çəkilməsi üçün 120 saat müddətində dayandırılmışdı.

Oktyabrın 22-də isə Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi 6 saatlıq görüşündə Suriyanın şimalında yaradılacaq təhlükəsiz zona ilə bağlı razılıq əldə edilib./publika.az

© xezerxeber.az


89 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR