ABŞ-ın sensasion planı: Türkiyəni müharibəyə sürükləyib...

23.10.2019 09:35

ABŞ Suriya ilə Türkiyə arasında toqquşmanın olmasını istəyir, bununla Moskva-Ankara arasında problemlərə yol açmağa, Aralıq dənizini Rusiya üçün bağlamağa çalışır.

Axar.az xəbər verir ki, bu iddianı rusiyalı siyasi ekspert Aleksey Fenenko səsləndirib.

"ABŞ-ın son hərəkətləri Türkiyə və Suriya arasında qarşıdurma olmasını istədiyini göstərir. Məsələ burasındadır ki, ABŞ özünü Türkiyənin Suriyadakı problemlərindən kənara çəkmək, Türkiyəyə bir təhlükəsizlik sahəsi verməyi planlaşdırır. Daha sonra da "Buyurun, konflikti necə istəyirsinizsə, Dəməşqlə həll edin" demək istəyir. ABŞ həmçinin Rusiya, Türkiyə və İran arasında Astana formatını, Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışır. Vaşinqtonun məntiqinə görə, Türkiyə Suriya ilə uzun müddətli bir qarşıdurmaya girərsə, Moskva ilə Ankara arasındakı münasibətlərdə də çətinlik yaranar. Bu böhran nə Rusiyaya, nə Türkiyəyə lazımdır, ancaq ABŞ-ın buna çox ehtiyacı var", - Fenenko qeyd edib.

© xezerxeber.az


173 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR