Putin: “Rusiya və Türkiyənin Suriya ilə bağlı məsləhətləşmələrinə böyük tələb var”

22.10.2019 14:54

Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.

APA-nın Rusiya bürosunun xəbərinə görə, prezidentlər ilk olaraq məhdud tərkibdə görüş keçiriblər.

Görüş zamanı Rusiya Prezidenti bildirib ki, Suriyada vəziyyət gərgindir.

"Bunu hamı görür və anlayır. Rusiya və Türkiyənin bu məsələ ilə bağlı məsləhətləşmələrinə böyük tələb var”, - deyə o qeyd edib.

Türkiyə Prezidenti isə bu görüşün çox ciddi nəticələri olacağına inandığını vurğulayıb.

© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR