Çin varlı insanların sayına görə ABŞ-ı qabaqlayıb

21.10.2019 16:42

"Credit Suisse” bankının apardığı tədqiqatın nəticələrinə əsasən, Çin varlı insanların sayına görə ilk dəfə olaraq ABŞ-ı qabaqlayıb.

Xezerxeber.az xəbər verir ki, dünyanın nisbətən varlı 10 faiz insanı arasında Çin vətəndaşlarının sayı 100 milyon nəfərə çatır. ABŞ-da bu göstərici 99 milyon nəfərdir. Bununla yanaşı, milyonerlərin sayına görə, Birləşmiş ştatlar yenə birinci yerdə dayanır. 2010-2019-cu illər arasında ABŞ-da sərvəti milyon dolları ötən insanların sayı 7,4 milyondan 18,6 milyon nəfərə çatıb. Çində isə analoji dövrdə bu göstərici daha çox artıb – 38 mindən 4,4 milyon nəfərədək.

"Birləşmiş Ştatlar və Çin arasında ticarət müharibəsinə baxmayaraq, hər iki tərəf xeyli var-dövlət toplayıb – müvafiq olaraq 3,8 trilyon və 1,9 trilyon dollar”, - tədqiqatda belə deyilir.

Məlumata əsasən, planetimizdə 46,8 milyon nəfər dollar milyonçusu var. Onların əllərində cəmlənən vəsait və aktivlərin ümumi məbləği isə 158,3 trilyon dollardır.

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR