Çin ABŞ-a Rusiya mesajı verdi

21.10.2019 12:42

Rusiya və Çin arasında təhlükəsizlik sferasında yüksək qarşılıqlı etibar səviyyəsi mövcuddur.

Bunu Pekin Syanşan Forumunda çıxışı zamanı Çin Müdafiə naziri Vey Fenxe deyib. Onun sözlərinə görə, Moskva və Pekin arasında yüksək səviyyəli praktik əməkdaşlıq və strateji koordinasiya var.

Qeyd edək ki, Pekin Syanşan Forumu Çində keçirilir. Forumda bir sıra yüksək vəzifəli xarici qonaqlar, o cümlədən Rusiya Müdafiə naziri Sergey Şoyqu da iştirak edir./axar.az

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR