Moldovada seçkilər: sosialistlər qalib gəldi

21.10.2019 12:37

İlkin nəticələrə görə, Moldovada keçirilən yerli seçkilərdə ölkənin əksər rayonlarında sosialistlər qələbə qazanıb.

Azərtac xəbər verir ki, paytaxt Kişineuda da sosialistlərin qalib gəldiyi qeyd olunur.

Səsvermə zamanı seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntuları qeydə alınmayıb. İlkin nəticələrə görə, seçici fəallığı bölgələrdən asılı olaraq 42-51 faiz olub.

Xatırladaq ki, oktyabrın 20-də Moldavada yerli seçkilər keçirilib.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR