ABŞ Suriyadan niyə əl çəkmir? - Ziddiyyətli açıqlama

21.10.2019 12:34

Pentaqon rəhbəri Mark Esper ölkəsinin Suriyada İŞİD-ə qarşı mübarizəsini davam etdirəcəyini istisna etməyib.

O, terrorçulara qarşı əməliyyatların hərbi hava qüvvələrinin iştirakı ilə aparılacağını qeyd edib.

"Biz İŞİD-ə qarşı mübarizəni davam etdiririk. Hərbçilərimiz Suriyanı tərk etsə belə, mübarizəyə aviadəstək göstərəcəyik”, - deyə Esper bildirib.

Qeyd edək ki, bundan öncə Suriyada minə yaxın amerikalı hərbçidən 150-nin qalacağı, qalanlarının ABŞ-a deyil, İraqa göndəriləcəyi deyilmişdi./axar.az

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR