Litva hökuməti tikinti işçilərinə şəxsi kod verəcək

20.10.2019 16:42

Litva hökuməti tikinti sektorunda çalışan hər bir işçiyə şəxsi kod tətbiq edəcək.

Tikinti işçilərinin haqlarının tapdanmaması, qara gəlirdən və vergi pozuntusundan qaçınması üçün alınan bu qərar artıq Litvanın Nazirlər Kabineti tərəfindən təsdiqlənərək parlamentə göndərilib. Qərar parlamentdə təsdiqləndikdən sonra işçi və sahibkar arasındakı bütün müqavilələr ölkənin vergi və sosial sığorta orqanlarının məlumat bazasında əks olunacaq.

Hazırda Litvanın tikinti sektorunda 95 mindən artıq işçi çalışır ki, bunların arasında miqrantlar çoxluq təşkil edir. Qara fəhləlik yayıldığından bir çox sahibkarlar vergidən və işçi haqlarını qorumaqdan (həmçinin pensiya haqları) qaçır. Bu isə il ərzində 100 milyon avrodan çox vəsaitin dövlətdən gizlədilməsi deməkdir.

Sözügedən təcrübə artıq İsveç və Norveçdə tətbiq olunur./Azərtac

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR