Tbilisini güclü zəlzələ gözləyir – Alimlər həyəcan təbili çalırlar

20.10.2019 16:08

Məlumatlarda Gürcüstanda 5 baldan güclü zəlzələnin ola biləcəyi iki ocağın müşahidə edildiyi qeyd edilib. Ocaqlardan biri Tbilisi yaxınlığındadır

Amerikanın NASA kosmik agentliyi gürcüstanlı alimlərə paytaxt Tbilisini güclü zəlzələ gözlədiyi barədə unikal məlumatlar təqdim edib. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə professor Anzor Sakandelidze danışıb.

O bildirib ki, bu barədə məlumatlar fizika-riyaziyyat elmləri üzrə doktor Manan Kaçaxidzeyə təqdim edilib. Məlumatlarda Gürcüstanda 5 baldan güclü zəlzələnin ola biləcəyi iki ocağın müşahidə edildiyi qeyd edilib. Ocaqlardan biri Tbilisi yaxınlığındadır. Buna görə də daimi olaraq monitorinqlər aparılmalıdır.

Sakandelidze əlavə edib ki, M. Kaçaxidze 50 gün öncə zəlzələnin olacağı və gücü barədə məlumat verə bilər.

Onun sözlərinə görə, Gürcüstana zəlzələ barədə öncədən proqnoz verən elektromaqnit dalğalı unikal aparat verilib. Bununla yanaşı,0 Gürcüstan Yaponiya, İtaliya, Rusiya, Avstriya, Portuqaliya, Türkiyə və Kiprin də üzvü olduğu Beynəlxalq Konsorsiumun tam hüquqlu üzvü olub: "Ancaq aparatın işə salınması üçün 700 min lari (397 min manat) vəsaitə ehtiyac var”.

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR