Milos adası dünyanın ən gözəl adalarının ilk onluğunda yer alıb - FOTO

19.10.2019 15:08

Yunanıstanın Milos adası "CNN travel” səyahət jurnalı tərəfindən dünyanın ən gözəl adalarının siyahısında ilk onluğa daxil edilib.

Siyahıya, eyni zamanda, Seyşel adalarındakı Freqat, Karib hövzəsindəki Sent-Lusia və Havay arxipelaqındakı Kauai adaları daxil edilib.

Nəşr Milos adasının memarlığı, çimərlikləri, mağaraları barədə ətraflı məlumat verir və turistləri bu gözəlliyi görmək üçün bölgəyə dəvət edir.

Qeyd edək ki, nəşrin ilk onluğuna Bartolome (Ekvador), Yura (Şotlandiya), Komodo (İndoneziya), Senya (Norveç), Mooreya (Fransa Polineziyası) və Palavan (Filippin) adaları da daxildir. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






116 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR