ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
İsraildə səfərdə olan dövlət katibi baş nazirlə Türkiyənin Suriyadakı terrorçu qüvvələrə qarşı təşkil etdiyi əməliyyatı dayandırmaq üçün ABŞ-la razılaşdıqdan bir neçə saat sonra Qüdsdə görüşüb.
"Röyters” yazır ki, Pompeo Tehranın ABŞ-ın Suriyadakı hərbi qüvvələrinin geri çəkilməsindən istifadə edə biləcəyi ilə bağlı narahatlığını yüngülləşdirmək məqsədilə İsrailə gedib. Dövlət katibi isə görüşlə bağlı açıqlamasında Netanyahu ilə birlikdə təkcə İsrailə deyil, bölgəyə və dünyaya İran İslam Respublikasından gələ biləcək təhdidlərə qarşı görülə bilcək tədbirləri müzakirə edib.
"Biz Yaxın Şərqdə sabitliyi necə təmin edə biləcəyimizi və dünyanın Yaxın Şərqdə qarşılaşdığı bütün problemlərlə birgə mübarizə üçün səylərimizi necə davam etdirəcəyimizə dair fikirlərimizi bölüşdük", - Pompeo Netanyahu ilə birlikdə mətbuat konfransında səsləndirib.
ABŞ rəsmisi bu gün NATO-nun baş katibi Yens Stoltenberqlə görüşmək üçün Brüsselə uçacaq.
İsrail bir zamanlar ABŞ müttəfiqi olan Suriya kürdlərini Suriyanın şimalındakı islamçı qiyamçılara qarşı görür. Ayrıca, baş düşmən İran və ya onun yerli müttəfiqlərinin ABŞ-ın boş qoyduğu yeri doldura biləcəyindən narahatdır. Kürdlər ABŞ-ın qüvvələrini geri çəkməsinə Moskva və Tehranın dəstək verdiyi Suriya Demokratik Qüvvələrini nəzarət etdikləri bölgələrə dəvət edərək cavab verdilər. ABŞ qüvvələrini geri çəksə də, bölgədəki müttəfiqlərinin mövqeyini dəqiqləşdirmək və İran təhdidinin qarşısını almaq üçün hərəkətə keçib./publika.az
© xezerxeber.azMehri yolu Azərbaycanın regional əhəmiyyətini artıracaq - VİDEO
Keçmiş köçkünlər xüsusi proqramla dədə-baba yurdlarına qaytarılacaq
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatları aparılacaq
Axşam yemək yeməmək İNSANI KÖKƏLDİR - Alimləridən maraqlı araşdırma
Nazirlər Kabineti 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi
Xırdalanda güclü partlayış - Dağıntılar altından 2 nəfər çıxarılıb
Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə darmadağın olacaq
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Çavuşoğlu: Azərbaycanlı mühəndisin nəşini ölkəsinə göndərəcəyik
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB