Oğul anasının cəsədini məzardan oğurladı

18.10.2019 17:26

İndoneziyanın Probolinqo şəhərində ölmüş anasından ötrü darıxan oğul onun qalıqlarını məzardan çıxararaq evinə gətirib.

Bu barədə yerli "The Jakarta Post” qəzeti yazıb.

Sumorto adlı mərhumun oğlu Nasir ciddi psixoloji sarsıntıdan əziyyət çəkirmiş. O, anasının ölümünün 40-cı günündə qalıqlarını məzardan çıxarmaq qərarına gəlir.

Tutulmamaq üçün cəsədin qalıqlarını torbada gizlədərək evdə saxlayır.

Nasir cəsədin qalıqlarını qohumu Sul adlı şəxs əməlindən xəbər tutana qədər gizlədə bilir. Qohumu ondan cəsədi geri qaytarmağı xahiş edir. Onun təkidlərindən sonra nəhayət ki, oğul anasını yenidən dəfn etməyə razı olur./oxu.az

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR